Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2017

İŞİD-in səs yazısı yayıldı: Ərəbistan və İsraildən başqa bütün ölkələr təhdid olunur

İŞİD terror qruplaşması bir səs yazısı yayaraq öz üzvlərindən istəmişdir ki, bütün ölkələrdə hücumlarını davam etdirsinlər.
“Fransa” xəbər agentliyinin verdiyi məlumata görə, bazar ertəsi günü “Amaq” saytında yayılan səs yazısında İŞİD terror qruplaşmasının sözçüsü Əbülhəsən əl-Mühacir 23 mayda Filippində törətdikləri terror hadisəsinə görə qrupun üzvlərinə minnətdarlıq edir və onları “xilafətin Şərqi Asiyada övladları” adlandırır.
Xatırladaq ki, İŞİD-in Filippinə hücumu nəticəsində 58 hərbçi və 20 min dinc sakin qətlə yetirildi.
İŞİD sözçüsü ötən həftə Tehranda terror hadisəsinin amillərini də “fars sünnü qardaşları” adlandırır və onların hücumunu “din düşmənlərinə” qarşı hərəkət sayır. Onun sözlərində İŞİD-in İrana hücumlarının davamına təkid olunur.
İŞİD sözçüsü daha sonra qrupun üzvlərindən istəyir ki, Ramazan ayında Suriya, İraq, Misir, Yəmən və Xorasan məntəqəsində (Əfqanıstan, Pakistan və bəzi qonşu ölkələr bura aiddir) öz hücumlarını davam etdirsinlər, Asiyada, Şərqi Asiyada, Şimali Afrikada öz müqavimətlərini və mövqelərini qorusunlar.
Maraqlı məsələ budur ki, bütün dünya üçün təhdid dolu bu mesajda yalnız Ərəbistanın adı çəkilmir. Hətta, İran və digər ölkələrə qarşı bundan öncəki təhdidlərdə də heç vaxt İŞİD öz tərəfdarlarını Ərəbistana hücum etməyə çağırmayıb.
Bundan da mühüm məsələ odur ki, İŞİD heç vaxt İsraili təhdid etməyib və qrupun rəhbərləri dəfələrlə öz tvitlərində təkid ediblər ki, bizim İsrail ilə müharibəmiz yoxdur və Fələstini həzrət İsa azad edəcək.
132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.06.17, 10:59
Ramazandan sonra
26.06.17, 09:59
"Danışmaq yasaqdır"