Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2017

Hörmüzdə gərgin anlar: İran ABŞ hərbçilərini nişan aldı

Hörmüz boğazında İran və ABŞ hərbçiləri arasında gərgin anlar yaşanıb.

CNN telekanalının verdiyi xəbərə əsasən, İranın Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus raket kateri lazer işığını ABŞ-ın Dəniz Piyadaları korpusunun vertolyotuna tuşlayıb. Bu haqda ABŞ HDQ-in 5-ci Donanmasının nümayəndəsi Vilyam Urban məlumat verib.

Urbanın sözlərinə görə, ABŞ hərbçiləri İran gəmisinin hərəkətlərini “qeyri-təhlükəsiz və qeyri-professional” adlandırıblar.

O həmçinin qeyd edib ki, İran gəmisi ABŞ vertolyotuna təhlükəli anlar yaşadıb, çünki “hava gəmisinin” lazerlə işıqlandırılması gecə görüntüsü eynəkləri ilə işləyən pilotları çaşdıra bilər.

Hadisə, iyun ayının 13-ü ABŞ-ın 3 hərbi gəmisi və bir CH-53 vertolyotu Hörmüz boğazının beynəlxalq sularından keçən zaman baş verib. ABŞ-dan olan hərbçilərin məlumatına görə, İran gəmisi ilk olaraq ABŞ gəmilərindən birini projektordan işıqlandırıb, daha sonra vertolyotu lazerlə tuşlayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford İran, Rusiya və Çini ölkəsinin əsas rəqibi kimi qələmə vermişdi./islamazeri/
239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
14.08.17, 08:59