Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2017

İraq Pişmərgəsi İŞİD-ın şiddətli hücumunun qarşısın aldı

Nur-az.com-un "Fars News" -ə istinad etdiyi məlumata əsasən Pişmərgənin rəhbəri Abdullah Bur bildirib ki, keçən gecə yerli vaxtla saat 11:00-da İraqın Səlahəddin vilayətinin Tuzxurmatu məntəqəsində yerləşən qərargahlarına İŞİD ünsürləri tərəfindən hücum edilib. Lakin, nəticədə hücum dəf olunmuş və qarşı tərəf nakam qalmışdır.
"Rudaw.net" xəbər saytının yayımladığı məlumata görə, İŞİD təkfirçi terror ünsürlərinin "Əbud" kəndinə qeydə alınmış hücumu nəticəsində bir neçə terrorçu məhv edilmişdır. Şiddətli atışmalar əsnasında 2 pişmərgə döyüşçüsü ölümü və 6 nəfərin yaralandığına işarə edilir.
"Rudaw.net", İŞİD terror ünsürləri üç istiqamətdən İraq ordusu və Həşd-Şəbi mövqelərinə hücum etdiyini iddia etməsinə rəğmən, bu hücumun əldə edilən nəticələr haqqında heç bir açıqlama verilməmişdir. Belə ki, heç bir İraq mənbələri bu hücumu təsdiq etməyib.
Tuzxurmatu məntəqəsinin təhlükəsizliyinin təmin olunması üçün məntəqə üzərində nəzarəti gücləndirilməsi qəsdi ilə kürd, türkmən, ərəb, digər tərəfdən də pişmərgə, hökumət ordusu və Həşd-Şəbi qüvvələrinin hər birinə nahiyənin müəyyən bir hissəsi təhkim edilmişdir.
349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma