Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2017

Həşd-Şəbi 3 il ərzində 983 kənd azad edib

Nur-az.com-un "Fars News" -ə istinad edərək verdiyi xəbərə əsasən, Həşd-Şəbi könüllü xalq qüvvələri rəhbərliyinin müavini Əbu Məhdi əl-Muhəndis üç il öncə təsis edilmiş təşkilatın barəsində hesabat verərək bu müddət ərzində əldə etdikləri nailliyyətləri açıqladı.
"Əl-İraqiyyə" televiziya kanalına verdiyi müsahibə zamanı Əl-Muhəndis bildirib ki, Həşd-Şəbi təsis ediləndən bu günə qədər 983 kənd, 16 nahiyə, 8 məntəqə, 7 hava limanı, 7 hərbi hissə və o cümlədən böyük əhəmiyyət kəsb edən Əl-Həzar şəhərinin azad edilməsində böyük rol oynayıb.
Bu zamana qədər 25 000 km2 ərazinin azad edilməsində təhlükəsizlik orqanlarına kömək olmuşdur. Hal hazırda Həşd-Şəbi könüllü xalq qüvvələri 1 500 km. uzunluğunda Suriya ilə sərhəd zolağı üzərində nəzarəti öhdəsində daşıyır.
Həşd-Şəbi təşkilat rəhbərliyinin müavini bəyanında açıqlayıb ki, qeyd olunan təşkilat xalq könüllülərindən təşkil tapır. Maaşlarının 3/4 dövlət işçilərinin büdcəsi qalan hissəsi isə dövlət tərəfindən ödənilir.
İraq şiələrinin mərcəi olan Ayətullah Sistani, İŞİD-ın ölkəyə hücumundan sonra 31 iyun 2014 -ci il tarixində xalq könüllü dəstələrinin (Həşd-Şəbi) yaranması fətvasını verdi.
347 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma