Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2017

Orxanı əsgər yoldaşı avtomatla güllələyərək qaçıb

Bir həftə əvvəl məzuniyyətdən xidmət etdiyi hərbi hissəyə qayıdan əsgərin bu gün ailəsinə meyidi gətirlib. Criminal.az saytı xəbər verir ki, Bakının Bakıxanov qəsəbəsində yaşayan 19 yaşlı Orxan Hüseynov hərbi xidmətdə güllə yarasından dünyasını dəyişib.

Mərhum əsgərin ailə üzvlərinin criminal-a verdiyi məlumata görə, O.Hüseynov dünən gecə Fizuli rayonunda yerləşən hərbi hissədə əsgər yoldaşı tərəfindən öldürülüb. Əsgərin cənazəsini gətirən hərbiçilərin mərhumun ailəsini bildirdiyinə görə, Orxanı əsgər yoldaşı avtomatla güllələyərək qaçıb. Orxan da yaralı halda onun arxasınca qaçaraq tutmaq istəyib. Qan itirən Orxan aldığı güllə yarasından dünyasını dəyişib. Qətli törədən əsgəri isə atası hüquq-mühafizə orqanına təhvil verib.

Məlumat üçün bildirək ki, O.Hüseynov ailənin yeganə övladı olub, valideynlərini isə xeyli müddət əvvəl itirib. O nənəsinin himayəsində böyüyüb. O, bir neçə gün əvvəl məzumiyyətə gəlibmiş. İyunun 7-də məzuniyyətini başa vuraraq xidmətə qayıtmışdı.
343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
Go to TOP