Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2017

CHP Ankaradan İstanbula böyük etiraz yürüşə başladı –Deputatın həbsinə etiraz - FOTOLAR

Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan İstanbula böyük etiraz yürüşü başlayıb.

"Ədalət yürüşü” adı verilən aksiya iyunun 14-də CHP millət vəkili, “Hürriyet” qəzetinin sabiq baş redaktoru Enis Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədardır. Paytaxtın Güvən parkından başlanan yürüşə CHP lideri  Kamal Kılıçdaroğlu, partiyanın rəhbər şəxsləri, millət vəkilləri, minlərlə üzv və tərəfdarı qatılıb.

K. Kılıçdaroğlu aksiyanın başlanğıcında verdiyi bəyanatda bıçağın sümüyə dirəndiyini bildirib: “Diktatura idarəçiliyi ilə qarşı-qarşıyayıq. Ədalətin olmadığı bir ölkədə yaşamaq istəmirik. Həbsxanaların ağzına qədər dolu olduğu bir ölkədə ədalət olmaz. Ədalətin olmadığı bir yerdə sülh olmaz. Artıq yetər deyirik! Azadlıq, demokratiya istəyirik”.

Yürüş iştirakçılarının K.Kılıçdaroğlunun başçılığı ilə gündə 18 km məsafə qət edəcəkləri və 28 gün ərzində İstanbula çatacaqları gözlənilir./apa/      


390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 09:59