Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2017

Möhsin Rzayi: Əvvəl başları daşa dəyirdi, bu dəfə başları gedəcək...

İranın Məsləhət Şurasının katibi Con Kerrinin etirafını işıqlandırıb

“Farsnews” xəbər verir ki, bu barədə rəsmi instagram səhifəsində paylaşım edən Möhsin Rzayi bildirib: “Obama hakimiyyətinin dövlət katibi Con Kerri, bölgə ölkələrindən bəzilərinin onlara İranı bombalamaqla bağlı təkliflər irəli sürdüklərini etiraf edib. Onlara görə İranın nüvə məsələsinin yeganə həll yolu məhz budur. Bu, Səud rejiminin digərlərini İrana hücum etməyə təhrik etməsinin ilk faktı deyil.”

Səddamın İrana 8 illik hücumunun da səbəbkarının Səud rejimi olduğunu deyən Rzayi “Riyadda keçirilən qılınc rəqsi və Trampla qızını dollar yağışına tutmaları da elə bu hədəfə qulluq edir. Ali-Səud 40 ildir ki, xalqımıza qarşı kin bəsləyir, lakin hər dəfə başı daşa dəyib. Əgər başlarının daşa dəyməsindən dərs almayıblarsa, növbəti yanlışlarında başları gedəcək!”, -deyə bildirib./islamazeri/
347 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma