Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2017

Rusiya: ABŞ-ın sanksiyalarına cavab veriləcək

Rusiya ABŞ-ın sanksiyalarını cavabsız qoymayacaq.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov deyib.

“Konqresin yekun qərarını gözləmək və ABŞ Prezidenti Donald Trampın reaksiyasına baxmaq lazımdır. Əgər yeni sanksiyalar haqqında qanun qəbul olunsa, biz bunu cavabsız qoymayacağıq”, - deyə o bildirib.

Rusiyalı digər senator Andrey Klimov isə ABŞ-da baş verənləri absurd teatr adlandırıb. O, hazırda ABŞ prezidentinin faktiki olaraq Ağ Evdə ev dustağı olduğunu deyib.

Qeyd edək ki, dünən Senat Rusiyaya qarşı sanksiyaların artırılması ilə bağlı qanun layihəsini təsdiq edib.
325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma