Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2017

ABŞ-ın Suriyada yerləşdirdiyi "Himars" raket sisteminə Rusiyadan xəbərdarlıq

Nur-az.com-un "Fars News"-ə istinad edərək verdiyi xəbərə əsasən, Rusiya Müdafiə Nazirliyi, koalisiya tərəfindən Suriyanın cənub-şərq istiqaməti üzrə yerləşən Ət-Tenf kimi həssas bölgəsinə daxil etdiyi uzaq mənzilli "Himars" raket sistemlərinin hökumət ordusu əleyhinə tətbiq edilməsi ehtimalını nəzərə alaraq ABŞ-a xəbərdarləq etdi.
Keçən gün "Katyuşa"-ya bənzəyən və 300 kilometrdən hədəfə alma qabiliyyətinə malik "Himars" raket sistemlərinin İordaniyadan Suriyaya transferi haqqında məlumat vermişdik.
Rusiya müdafiə nazirliyi ABŞ-ın qeyd olunan raket sistemlərini Suriyanın İordaniya və İraqla sərhədinin bufer zonasında yerləşdirməsi ilə əlaqədar xəbərdarlıq edib.
Rusiya rəsmisi, ABŞ qüvvələrinin keçmişini xatırlayaraq nigaranlığına aydınlıq gətirib. ABŞ rəhbərliyi ilə yaranmış İŞİD əleyhinə koalisiyanın müxtəli şəraitlərdə Suriya ordusunu İordaniya sərhədi yaxınlığında hədəfə almalarını nəzərə alsaq şübhəsiz ki, bu dəfə onların "Himars" raket sistemi ilə də hökumət qüvvələrinə hücum edə bilər.
Rusiya MN-i açıqlama sonunda təkid etdi ki, Suriya hələ də vahid bir dövlət olduğu üçün bu ölkədə hər hansı bir silahlanma yaxud sitemlərin yerləşdirilməsi istisna olmadan Dəməq rəsmiləri ilə razılaşdırılmalıdır.
209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi