Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2017

Suriya hökumət qüvvələri Rəqqa istiqamətində inamla irəliləyir

Nur-az.com-un "Fars News"-ə istinadən verdiyi məlumata əsasən, Suriya demokrat qüvvələri ABŞ koalisiyasının dəstəyi ilə Rəqqa şəhəri, digər tərəfdə də hökumət qoşunları Rəqqa vilayətinin cənub-qərb istiqamətindən azad edilməsi yolunda döyüş əməliyyatları keçirilir. Belə ki, bu əməliyyatlar davam edərək Hələb vilayətinin cənub-qərb bölgəsinə ötürüləcəyi nəzərdə tutulur.
Əksəriyyəti kürd olan Suriya demokrat qüvvələri, Rəqqa şəhərinin şərqindəki İndustrial Parka qədər irəlilədiklərini bildirib.
Buna baxmayaraq Suriya ordusu və müqavimət qüvvələr də müvəffəqiyyətlə Rəqqanın qərb bölgəsində gözə çarpacaq qədər irəliləyiş əldə ediblər.
Bəzi xəbər mənbələri, Suriya ordusu Əs-Surah neft hövzəsini İŞİD-lə şiddətli atışmalardan sonra kamil olaraq öz nəzarəti altına aldığını bildirib.
Hökumət ordusu, keçən iki gün ərzində strateji əhəmiyyət kəsb edən rabitə qovşağı olan Ər-Rəsafəh iki yol ayırıcısına çatmaqda müvəffəq olmuşlar. Daha sonra yayımlanan xəbərə görə, Suriya ordusu Əs-Surah neft hövzəsindən əlavə Sufyan kəndini, Sufyan və Əs-Safih neft yataq hövzələrini də geri almağa nail olmuşlar.
Demokrat Suriya qüvvələri, Rəqqa şəhərinin azad edilməsi üçün apardığı fəaliyyətin ardıyca Əl-Bərid məhəlləsinə aid Ər-Razi məktəbini İŞİD-dən geri almışlar.
219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi