Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2017

Səudiyyə Ərəbistanının müdafiə naziri: Pakistanlılar bizim qullarımızdır

Realnienovosti-nin məlumatına görə, Səudiyyə Ərəbistanı ilə Qətər arasında diplomatik əlaqələrin kəsilməsi regionda yerləşən digər dövlətləri də narahat edir.
İki tərəf arasında seçim etmək məcburriyətində qalan ərəb ölkələri istənilən seçim zamanı məhrumiyyətlə üzləşir.
Belə ki, Səudiyyə Ərəbistanının göstərişinə əməl etməyən və Qətərlə əlaqələri kəsməyən ölkələr ər-Riyad tərəfindən edilən maliyyə dəstəyini itirmək təhlükəsi lə üzləşir. Digər tərəfdən büdcəsi 70 milyard dollardan çox olan və neft ehtiyat fondu 350 milyard dolar civarında olan rəsmi Doha ilə əlaqələrə son qoymaq heç bir ölkəyə sərf eləmir.
Səudiyyə və Qətər arasında seçim etməkdə çətinlik çəkən ölkələrdən biri də Pakistandır. Ötən gün ər-Riyada səfər edən ölkənin baş naziri Nəvaz Şərif Səudiyyə kralı Salman bin Əbdüləziz Al Səudla görüş keçirib. Görüş zamanı Nəvaz Şərifə “Siz Qətərlə, yoxsa bizimləsiz?”,-deyə sual verilib.
Pakistanın baş nazir isə öz növbəsində Səudiyyə Ərəbistanı qarşısında götürdüyü öhdəliklərə əməl edəcəyini bildirib. Sirr deyil ki, Nəvaz Şərif Səudiyyə ərazisində uzun müddət siyasi sığınacaq alaraq yaşayıb. Pakistanda onun barəsində ölüm hökmü çıxarkən Şərif, ər-Riyaddan sığınacaq ala bilmişdi.
Bu arada Səudiyyə Ərəbistanı kralının oğlu, krallığın müdafiə naziri Məhəmməd bin Salman öz məktublarının birində pakistanlıların onlara məxsus qullar olduğunu qeyd edib. Bu barədə “Arabi 21” qəzetində məqalə dərc olunub və səudiyyəli nazirin məktubunun mətni yerləşdirilib.
363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma
20.10.17