Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2017

Qətər problemini Amerikadan 12 milyard dollarlıq F-15 almaqla həll edir

Realnienovosti.com-un verdiyi məlumata görə, bu barədə Röyters ərəb ölkəsinin Müdafiə Nazirliyində olan mənbəyə istinadla xəbər yayıb.
Bildirilir ki, Pentaqon rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri uyğun sazişi imzalamaq üçün çərşənbə günü görüşməli idi.
Bloomberg agentliyi öz növbəsində bəyan edib ki, əmirlik 36 təyyarə əldə edəcək.
Pentaqon saziş barədə informasiyanı təsdiq edib.
«Amerikanın F-15 qırıcılarının alınmasında yekun işlərin müzakirəsi üçün ABŞ müdafiə naziri Ceyms Mettis Qətərin müdafiə naziri Xalid ben Muhəmməd əl Ətıya ilə görüşüb», – deyə Amerika Müdafiə Nazirliyinin nümayəndəsi Rocer Kebinesin bəyanatında bildirilir. Onun sözlərinə görə, 12 milyard dollarlıq saziş ABŞ və Qətər arasında təhlükəsizlik sahəsində qarşılıqlı münasibət və əməkdaşlığı artıracaq.
Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Mettis və Əl-Ətıya görüş zamanı həmçinin İŞİD-ə qarşı əməliyyatların gedişi də daxil olmaqla təhlükəsizlik sahəsində ümumi maraqları, həmçinin Fars körfəzi regionunda bütün müttəfiqlərin ümumi hədəflərə çatmaları üçün Qətər və ərəb ölkələri arasında olan gərginliyin azalmasının vacibliyi vurğulanıb.
Pentaqon Vaşinqtonun Dohaya vermək istədiyi F-15-lərin dəqiq sayını açıqlamayıb.
Ötən ilin noyabr ayında Birləşmiş Ştatların Qətərə 21,1 milyard dollar dəyərində 72 ədəd F-15 qırıcısını, həmçinin əlaqədar avadanlıq və silahlar aldığı barədə məlum olmuşdu.
108 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.06.17, 10:59
Ramazandan sonra
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
25.06.17, 09:24