Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2017

İraqdan “Yeni Şəfəq” əməliyyatı: bölgə azad edildi

İraq Sərhəd Qoşunları Suriya ilə sərhəddə yerləşən Valid keçid bölgəsini və sərhəd xəttinin bir hissəsini İŞİD-dən azad edib.

Bu barədə RİA məlumat yayıb.

İraq komandanlığı sərhəd bölgəsini azad etmək məqsədi ilə 3 istiqamətdə “Yeni Şəfəq” adlı genişmiqyaslı hərbi əməliyyatlara başladığını açıqlayıb. Əməliyyat nəticəsində Suriya və İordaniya ilə sərhəddə yerləşən ərazi terrorçulardan təmizlənib.

Xatırladaq ki, bir qədər əvvəl Suriya qoşunlarının ət-Tanf rayonundan keçərək İraqla sərhəd əraziləri İŞİD-dən təmizlədiyi məlumatı yayılmışdı.
80 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
24.06.17, 09:26