Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2017

İslami Cihad Hərəkatı: Fars körfəzində böhran yaratmaqla müqaviməti zəiflətmək istəyirlər

İslami Cihad Hərəkatının Livanda nümayəndəsi deyib: “Qəzzəyə qarşı son düşmənçilik hərəkəti, xüsusilə də bu ərazidə enerji böhranı, həmçinin mübarizə aparan qruplara qarşı siyasi təzyiqlər Qəzzədə müqaviməti sındırmaq istiqamətində baş tutur”.
“Əl-Məyadin” peyk kanalına açıqlama verən İmad Rifahi vurğulayıb ki, Fələstin Muxtar Təşkilatı bu yaxınlarda fələstinli əsirlərin çoxunun müavinətini kəsib və bir çoxlarının da müavinətini azaldıb.
Hərəkatın nümayəndəsi Qəzzədə işıq probleminə toxunaraq bu böhranın Qəzzədə Həmasın rolunu azaltmaq üçün yaradıldığını deyib.
Fars körfəzində yaranmış konfliktdən də söz açan İmad Rifahi deyib: “Fars körfəzində konfliktin yaranması müqavimət hərəkatının rolunu zəifləndirmək məqsədi daşıyır”.
234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI