Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2017

Pakistanda Beynəlxalq Qüds Gününə hazırlıq

Pakistanın Kəraçi şəhərində keçirilən “Qüds, Ümmətin Vəhdəti” konfransında ölkənin siyasi partiyaları, dini rəhbərləri Beynəlxalq Qüds Gününün keçirilməsinə təkid ediblər. Konfransın yaydığı bəyanatın bir hissəsində deyilir:
İran İslam Respublikasının qurucusu həzrət İmam Xomeyni (ə) Ramazan ayının son cümə gününü Beynəlxalq Qüds Günü adlandırmışdır. Bütün dünya müsəlmanları, müsəlmanların ilk qibləsi olan Qüdsün sionist rejimi işğalından azad olunması və bu rejimə nifrətini bildirmək üçün yürüş keçirir, Amerika və İsrail əleyhinə şüarlar səsləndirir.
Müsəlmanlar öz vəhdətlərini nümayiş etdirməklə Amerika və İsrailin müsəlmanlara qarşı bütün məkirli hərəkətlərinin qarşısını ala bilərlər.
Qeyd edək ki, həzrət İmam Xomeyni (ə) Ramazan ayının son cümə gününü Qüds Günü adlandırdıqdan sonra dünyanın bir çox ölkələrində bu gün müsəlmanlar və azadlıqsevərlər mitinqə toplanır, Qüdsün azadlığını tələb edir və sionist rejimə qarşı nifrətlərini bildirirlər.
90 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"