Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2017

ABŞ-ın Əfqanıstanda ən böyük oğurluğunun üstü açıldı

Hilmənd vilayətinin parlament nümayəndələrinin parlamentə təqdim etdikləri hesabatda göstərilir ki, Hilmənd vilayətinin Xanneşin mədənindən çıxarılan uran yükləri Amerika təyyarələri ilə bu ölkədən çıxarılır.
Nümayəndələrin sözlərinə görə, Amerika bu mədənə yaxın bir ərazidə hava bazası yaratmışdır və gecə-gündüz mədəndə işlər aparırlar. Əfqanıstanın ən mühüm mədənlərindən olan uran mədənləri Hilmənddə amerikalıların əlindədir və onlar uranı bu ölkədən çıxarırlar. Onlar ölkənin sərvətini talan edərək onun yalnız bir faizi miqdarında bizə kömək edirlər.
Əfqanıstanın nazirlik rəsmilərindən biri də deyib: “Əfqanıstanın mədənləri ötən 10 illə müqayisədə ən pis durumdadır. Xalq onların mədənlərindən kimin faydalandığını bilməlidir”.
Bundan əlavə, Hilmənd xaşxaş əkini üçün ən mühüm ərazi sayılır. Bir çoxlarının fikrincə, Amerikanın ən böyük narkotik qaçaqmalçılıq mafiyası bu bölgədə fəaliyyət göstərir.
KİV-ə açıqlama verən Vəhid Müjdə deyib ki, Amerika Hilməndin Kunkar tarlasını qoruyur. Çünki bu tarlada narkotik maddələri alınan bitkilər əkir və bu vasitə ilə ildə milyardlarla dollar qazanır.
ABŞ rəsmiləri Əfqanıstanın parlament nümayəndələrinin bu açıqlamalarına hələlik heç bir münasibət bildirməyib. Əfqanıstan parlament nümayəndələri isə Amerikanın bu ölkənin sərvətini talamasını araşdırmaq üçün “Həqiqət Araşdıran Komitə”nin yaradılmasını istəyiblər.
355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18