Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2017

İçərişəhər “Cümə” məscidinin dini icması ehtişamlı 3-cü Əhya gecəsi mərasimi yaşadı

Mübarək Ramazan ayının şah zirvəsi olan Qədr gecəsi yüzmilyonlarla dünya müsəlmanının hər il yaşadığı ən mühüm hadisələrdəndir. Vətənimizdə də bu mərasim artıq oturuşmuş ənənə halı almışdır. İçərişəhər “Cümə” məscidinin dini icması hər il olduğu kimi, bu il də geniş tərkiblə üçüncü Əhya gecəsinin müqəddəs anlarını cəmlə yaşadı.

Tədbirlərin birinci hissəsi cəmlə qəza namazlarının qılınması və daha sonra İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun tematik xütbə oxuması ilə səciyyələnmişdir.

Hacı İlqar İbrahimoğlu Qədr gecəsi və Ramazan ayının mahiyyəti ətrafında geniş xütbə söyləyib.

"Əzəmətli bir gecə yaşamaqdayıq. Artıq üçüncü əhya gecəsindəyik. Məsumlardan (ə) buyuruşlara diqqət edəndə görürük ki, bu gecənin Qədr gecəsi  olması ehtimalı digərlərinə nisbətən daha yüksəkdir. Bu gecəni Əhli-beyt (ə) xüsusi olaraq yaşayıb.

Bu gecədə edilməli ən əsas işlərdən biri ölüm haqqında düşünməkdir. Nə çox telefonlarımızda nömrələr ki, biz artıq o nömrələrə zəng vura bilmirik, sahibləri dünyalarını dəyişib. Az deyil elə insanlar ki, keçən il bu əhyalarda ölüm haqqında danışılanda hesab edirdi ki, ona aid deyil, amma artıq aramızda deyillər. İslam ölüm haqqında düşünməyi tövsiyə edərkən, bu dünyadan getməyi düşünməyi deyil, ölüm haqqında düşünərək bu dünyada dirilməyi, ayılmağı nəzərdə tutur. Biz ölüm haqqında düşünməklə bu dünyanın içərisində ayıla, dirilə, düzgün yaşaya bilərik.

Buyuruşlarda var ki, Axirəzzaman dövründə elə valideyinlər olacaq ki, övladlarına nəinki namaz, oruc, Allaha sevgi, Allaha ibadət, Əhli-beytə (ə) məhəbbəti öyrətməyəcək, övladlarının dinə, imana, namaza, Allah bəndəliyinə yaxınlaşdığını görəndə uzaqlaşdıracaq. Günün ən böyük müsibəti budur. Bizlərin hamısı aşağı-yuxarı belə bir müsibətin içərisindəyik. Uşaqlar elə bir təlim-tərbiyə sisteminin içərisinə daxil olur ki, orada Allah barədə, din barədə, vacibatlar barədə heç bir şey istəmir.

Həzrət İmam Rza (ə) buyurur: "Hər vaxt ki, insanlar keçmişdə olmayan yeni günahları edərlər, Allah Təala onlara yeni-yeni bəlalar göndərər ki, keçmişdə izi-tozu olmayıb". Bu gün yeni-yeni bəlalar, günahlar yayılmaqdadır. Əvvəl məhrəm-naməhrəm münasibətləri çox konkret idi. Real həyat ilə məhdudlaşdırırdı və riayət edən insan bəlli sərhədləri gözləyirdi. Texnoloji inkişaf irəli getdikcə yeni fürsətlər, imkanlar yaratmaqla, həm də yeni günah zəminələri, fəsad, günahların adiləşməsi kimi müsibətlərə yol açdı. Artıq günah o qədər əlçatanlaşıb ki, hər kəsin evinin, şəxsi kompüterinin içərisinə daxil olub. Səbəbsiz deyil ki, bu gün müsəlman toplumunda hər qurulan beş ailədən biri dağılır. Bu bəla özü-özünə yaranmır. Əziz İmamın (ə) buyurduğu kimi, yeni günahlar, yeni bəlalara səbəb olar.

Bu gecə Rəbbimizdən istəmək gecəsidir. Ən xırda şeylərdən tutmuş, ən böyük məsələlərə qədər Rəbbimizdən istəyə bilərik. Ən çox da bu gecə Rəbbimizdən Allahın rəhmətini istəyək. Çünki, Rəbbimiz özünü bizə çox yaxın olaraq tanıdır. Qurani Kərimdə "Bəqərə" surəsinin 186-cı ayəsində buyurulur: "Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar". Bu gecədə ona görə də, dualarla Rəbbimizə yaxınlaşmağa çalışaq".

Sonra cəmlə ayinlərin icrası mərhələsi başlayıb. Başları üzərinə Qurani-Kərimi qoyan inanclılar, bu gecənin xüsusi əməllərini cəmlə yerinə yetirib. Sonda dualar edilib.

Tədbirin növbəti hissəsi əzadarlıq məclisi ilə davam edib. Yekunda cəmlə "Fərəc" duası oxunub./deyerler/

235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 15:37