Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2017

BMT-dən İsrailə zərbə: Sənədlər ifşa olundu

BMT Baş katibi İsrail rejimi ilə bağlı etiraf edib.

“ParsToday”-in verdiyi xəbərə əsasən, BMT Baş katibi Antoniu Quterreş bildirib ki, İsrail rejimi Suriyadakı bir sıra terror təşkilatlarına, o cümlədən "Nusra Cəbhəsi"nə dəstək verir.

“İşğal edilmiş Qolan yüksəkliklərində yerləşdirilmiş BMT sülhməramlı qüvvələrinin xüsusi məruzəsində deyilir ki, İsrail bir sıra hallarda Suriya müxalifətinə və oradakı terror qruplaşmalarına birbaşa və ya dolayı yollarla yardım edib.”, - deyə Quterreş bildirib.

Məruzədə qeyd edilir ki, BMT sülhməramlıları indiyədək İsrail rejimi ilə terror qruplaşmalarının 16 təmasını qeydə alıblar.

Baş katib həmçinin BMT adıçəkilən ərazidəki sülhməramlıların təhlükəsizliyi üçün İsrail rejiminin qoşunlarını raket və artilleriya zərbələri endirməkdən çəkinməyə səsləyib. Qeyd edək ki, həmin qüvvələr 1974-cü ildən ildən bəri Qolan yüksəkliklərindədir və onlar Suriya ilə İsrail arasındakı sülhə nəzarət edirlər.

Xatırladaq ki, daha əvvəllər də KİV-də İsrail rejiminin terrorçulara tibbi yardım da daxil olmaqla, müxtəlif yardımlar göstərməsi barədə məlumatlar yer alıb./islamazeri/
342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma