Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2017

İstanbul, Cakarta və Cenevrə də “Yəmənə qarşı müharibəyə son” kompaniyasına qoşuldu

Müharibə əleyhinə olan qurumlar Ərəbistanın Yəmənə hərbi hücumunun 800-cü günü münasibətilə “Yəmənə qarşı müharibəyə son” kompaniyasına start veriblər. Türkiyə, İndoneziya və Cenevrə əhalisi Yəmən xalqı ilə həmrəyliyini göstərmək və Ərəbistanın mülki əhalilni qətlə yetirməsini pisləmək məqsədilə öz ölkələrində bir sıra tədbirlər keçiriblər.
Türkiyədə Qüds Fondu Ali-Səud rejiminin Yəməndə törətdiyi cinayətləri nümayiş etdirən sərgi təşkil edib və yüzlərlə insan bu sərgini ziyarət edib, Ərəbistanın cinayətlərini pisləyib.
İndoneziyada da müharibə əleyhinə olan fəallar Cakarta şəhərində təşkil edilən cümə namazı çərçivəsində Ərəbistanın cinayətləri göstərən plakatlar yerləşdiriblər.
İsveçrədə müharibə əleyhinə olan fəallar Ərəbistanın Yəməndə insanları qətlə yetirməsi və ölkənin infrastrukturunu dağıtmasını əks etdirən infoqrafikanı BMT-nin Cenevrədəki ofisinin qarşısında nümayiş etdiriblər.
Qeyd edək ki, bundan öncə Avstraliya, Hindistan, Amerika, Qəzzə və İngiltərədə də Ərəbistanın Yəmənə qarşı vəhşilikləri pislənilmişdi.
343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma