Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2017

Ərəbistanı İsrail silahlandıracaq

Sionist rejimin siyasi və təhlükəsizlik idarəsinin sabiq rəisi deyib: “Amerikanın Ərəbistanla silah satışı üzrə imzaladığı müqavilədə göstərilən silahların 20 faizi İsrailin “Rafael” şirkətində istehsal ediləcək”.
General Amos Qilad əlavə edib ki, bu müqavilə İsrail hərbi sənayesinin ən böyük müqavilələrindən hesab olunur və bundan İsrail üçün böyük iqtisadi nailiyyətlər əldə olunacaq.
General Amos daha sonra deyib: “Müqavilə ilə bağlı Amerika şirkətlərilə müzakirələr aparıldıqdan sonra Rafael hərbi sənaye şirkətinin iş qruplarının bacarığı nəzərə alınaraq Amerikanın Ərəbistana satacaq silahlarının 20 faizinin istehsalı Rafael şirkətinə tapşırıldı. Bununla da 1000 nəfər israillinin işlə təmin edilməsinə şərait yarandı. Habelə, İsrail hərbi sənayesinin Fars körfəzi ölkələrində tanınması üçün əlverişli imkan yarandı”.
244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 12:05