Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2017

Barcelona futbol klubunun rəhbəri Ərəbistan və Trampı tənqid etdi

“Heraldscotland” qəzetini verdiyi xəbərə görə Fars körfəzi ölkələri arasında gərginliyin artması idman sahəsinə də yol açıb və onu öz təsiri altına alıb.
Ərəbistan, BƏƏ, Misir və Bəhreynin “Barcelona” futbol klubunun əsas sponsoru olan Qətərlə ixtilafları üzə çıxdıqdan sonra Ərəbistan elan etdi ki, üzərində “Barcelona” futbol klubunun loqotipi olan köynəyi geyinmək cinayət hesab edilir. Bu köynəyi geyənlər 120 min avro məbləğində cərimələnəcək, yaxud 15 il müddətində həbs ediləcək.
Klubun rəhbəri Josep Maria Bartomeu Ərəbistan rəsmilərinin bu qərarına reaksiya verib. O, öz tvitində yazıb: “Qətər sivil və zəngin mədəniyyətə malik bir ölkədir. Çox heyrətləndiricidir ki, Tramp liberalizmə doğru gedən Qətəri məhkum edir, bunun qarşısında isə zorakılıq, diktarura, qadınların azadlığını əlindən almaqdan başqa bir işi olmayan ölkəyə (Ərəbistana) dəstək verir”.
100 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"