Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2017

18 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə gözlənilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma