Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2017

Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və yaralananlar var

Londonda piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yetirib.

Bu barədə “Evening Standard” qəzeti xəbər verib.

“Sky News” telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

Hadisə məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. 1 nəfərin öldüyü, 10 nəfərin xəsarət aldığı bildirilir. İnsidentin terrorla əlaqəli olub-olmadığı araşdırılır.

Xatırladaq ki, martın 22-də Londonun mərkəzində sürücü avtomobillə bir neçə piyadanı vurub, daha sonra maşından düşərək polis əməkdaşını bıçaqla qətlə yetirib. Qatil hadisə yerində zərərsizləşdirilib. Terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

İyunun 3-də isə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis tərəfindən güllələnib./apa/
66 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"