Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2017

SEPAH-dan Suriyadakı terrorçuların mərkəzinə raket zərbəsi - VİDEO

İran İslam İnqilabı Korpusu Suriyanın şərq istiqaməti üzrə yerləşən Deyr Əz-Zor məntəqəsini, təkfirçilərə ibrət dərsi olaraq raket atəşinə tutdu.

İran İslam İnqilabı Korpusunun ictimai əlaqələr mərkəzi bildirib: “SEPAH-ın hava-fəza qüvvələri tərəfindən Deyr Əz-Zor məntəqəsində təkfirçilərin qərərgahı və toparlanma mərkəzinə endirdiyi raket zərbələrindən qəsdi, son günlərdə İŞİD-ın paytaxt Tehranda törətdiyi terror aktlarının amillərini cəzalandırmaqdır.”

Qeyd edək ki, endirilən raket zərbələri – 7 iyun tarixində İŞİD-ın məsuliyyəti ilə paytaxt Tehranda törədilən terror aktlarının nəticəsi olaraq İran İslam İnqilabı Korpusunun “-Axıdılan hər hansı bir pak qan, cavabsız qalmayacaq!” bəyanatından sonra həyata keçirilmişdir.



323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 15:58