Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2017

"Bütün xəstəliklər bağırsaqda başlayır, problemin həlli isə bundadır" - HİPPOKRAT...

Təbabət elminin atası Hippokrat "Bütün xəstəliklər bağırsaqda başlayır. Bağırsaq xəstədirsə bütün orqanizm xəstədir" deyir. Bağırsaq problemlərinin həlli isə, şalğam suyu istehlak etməkdədir" söyləyib.

Alimlər qatqı maddəsiz, təbii, üzvi qidalanmağın mədə, qaraciyər və bağırsaq kimi ölümcül xəstəliklərin başlanğıcı və yayılmasının qarşısını ala biləcəyini bildirir.

Beləliklə, bağırsaqların təbii yolla müalicəsini təqdim edirik:

1.Yarpızın yarpaqlarını xırdalayıb 2 xörək qaşığı yarım litrlik çaynikdə dəmləmək və ondan gündə bir neçə dəfə hər dəfə yarım stəkan içmək bağırsaq ağrılarının kəsilməsi üçün faydalı hesab olunur.

2. Heyvanı təmizləyib qaynadırlar, sonra sıxıb suyunu çıxarırlar. Bu sudan adi qayda da ərəq çəkirlər (gülab kimi), Bu araqdan gündə bir neçə dəfə yarım stəkan qəbul etmək bağırsaq xəstəliklərinə kömək edir və bağırsaq sancılarının kəsilməsinə səbəb olur.

3. Bağırsaq yaralarını müalicə etmək üçün şüyüdü sıxaraq bir stəkan şüyüd suyu əldə etmək lazımdır. Onu 5 çay qaşığı xalis balla yaxşıca qarışdırmaq, alınan mayedən səhər və axşam yarım stəkan qəbul etmək öz müsbət nəticəsini göstərəcəkdir.

4. Bağırsaq xorası adama çox əziyyət verən xəstəliklərdəndir. Onu müalicə etmək üçün bağayarpağını döyüb, sıxıb suyunu çıxarmaq və onu eyni miqdarda balla qarışdırıb imalə etmək məsləhət edilir. Bununla yanaşı həmin qarışıqdan bir neçə gün səhərlər acqarına yarım stəkan içmək lazımdır.

5. Şalğam suyu bağırsaqlar üçün əvəzedilməz bir içkidir.

Qoxusu sirkə qoxusu verir. Rəngi tünd-qırmızıdır. Bu alkoqolsuz içki - "Şalğam suyu" tünd rəngdə turpun və kökün suda qaynadılması vasitəsilə alınır və içinə sirkə, duz və istiot əlavə edilir. Ona görə də dadı turşa-acıdır. Şalğam suyunun sadəsi və tünd istiotlusu olur. Ona görə dadını hamı bəyənə bilməz.
Lakin bunlara baxmayaraq şalğam suyu çox xeyirlidir.

1. İştahı artırır
2. Həzmi yaxşılaşdırır
3. Tərkibində B vitamini olduğu üçün əsəb sistemini sakitləşdirir
4. Mədə-bağırsaq və qaraciyərə xeyirdir
5. Tərkibində kalsium, kalium və dəmir vardır
6. Sümükləri və dişləri bərkidir
7. Bədəni toksinlərdən təmizləyir
8. Stressi azaldır
9. Şəkərli diabet xəstələrinə çox xeyirdir

Gündə 1 stəkan yeməkdən əvvəl içilir. Dadı xoşagələn olmasa da xeyrinə görə içmək olar. Əsas odur şəfalı olsun./saqlamhəyat/
101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
24.06.17, 0