Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2017

SEPAH nə üçün məhz Deyr Əz-Zora raket zərbəsini endirdi?

Hansı səbəbə görə...

Nur-az.com-un “Təsnim” xəbər agentliyinə istinad etdiyi xəbərə əsasən, SEPAH-ın Suriyadakı terrorçular əleyhinə keçirtdiyi raket əməliyyatı Deyr Əz-Zorun hədəfə alınması ilə başa çatdı. Raket zərbələri nəticəsində çoxlu sayda terrorçu məhv edilib.
Kermanşah və Kürdüstan hava-fəza qüvvələrinin raket bazasından əməliyyat zamanı bir neçə ortamənzilli ballistik raketlərlə təkfirçi ünsürlərə məhvedici zərbələr endirildi.
Lakin, hansı səbəbdən SEPAH bu növ mühüm raket həmləsi üçün məhz Deyr Əz-Zor məntəqəsini seçmişdir?
Deyr Əz-Zor vilayəti, Suriyanın İraq ilə sərhədində və Furat çayı kənarında yerləşir. Əksər təkfirçi terror ünsürləri, Suriyanın şimal-qərb bölgəsində böyük əhəmiyyət kəsb edən Hələb bazasını əldən getdiyi və döyüşlərdə verdikləri ağır itkilər nəticəsində Deyr Əz-Zor vilayəti və bölgənin ətrafına dislokasiya edilmişdir. Bundan əlavə Deyr Əz-Zor - İraqın Mosul vilayətində İŞİD-in ağır məğlubiyyətlərindən sonra qaçaraq sığındıqları məntəqədir.
Terror ünsürlərinin əməliyyat və təminat mərkəzləri, səhra qərərgahı və o cümlədən aşırı dərəcədə toparlanma mərkəzlərdən ibarət strateji əhəmiyyət daşıyan hədəflər Deyr Əz-Zor vilayətində cəmləşir. Bu səbəbdən SEPAH raket zərbələrini, düşmənə daha ağır tələfat verəcəyi ehtimalı ilə endirilmişdir.
106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
24.06.17, 10:45