Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2017

KXDR: Tramp kimi ağılsız adamla dialoq qeyri-mümkündür

Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampla dialoqu qeyri-mümkün hesab edir.

Bu barədə "France Presse" məlumat yayıb.

Məlumatda bildirilir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Trampı yalnız mütləq gücün təsir edə biləcəyi adam hesab edir: "Belə ağılsız adamla sağlam dialoq mümkün deyil. Ona yalnız mütləq güc təsir edə bilər".

İki ölkə arasında münasibətlər Koreya Mərkəzi Teleqraf Agentliyinin son sutka ərzində KXDR-in ABŞ-ın Quam adasındakı hərbi bazasına raket zərbəsi endirməsi imkanlarına baxması barədə xəbər yaymasından sonra ciddi şəkildə kəskinləşib.

Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. “Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”, deyə D.Tramp bəyan edib./virtualaz/
181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 11:46