Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2017

EuroNews: Yəməndə humanitar faciədə ABŞ və İngiltərənin rolu

Amerika və İngiltərə Ərəbistanı silahla təmin etməklə və ona hərbi dəstək verməklə Yəməndə baş verən insani faciədə şərikdir.
“EuroNews” xəbər kanalı Yəməndə baş verən humanitar faciədə Amerika və İngiltərəni də Ərəbistanın şəriki hesab edib. Çünki Ərəbistanın Yəmənə qarşı yaratdığı koalisiyanı ABŞ və İngiltərə silahla təmin edir və onlara hərbi dəstək verir.
Ərəbistanın başçılıq etdiyi koalisiya 2015-ci ilin mart ayından başlayaraq Yəmənə qarşı planlaşdırılmış hava hücumlarına start vermişdir və bu hücumlarda əsasən, mülki vətəndaşları, infrastrukturları hədəf seçməklə Yəməndə faciə yaratmışdır. Bu arada İngiltərə və Amerika koalisiyanı silahla təmin etmək və hərbi dəstəkləri ilə bu faciənin yaranmasında böyük rol oynayıblar.
Bu ölümcül və amansız hücumlarda xəstəxanalar, məktəb binaları, su təsisatları, tarlalar, bazarlar və limanlar dağıdılaraq xarabalığa çevrilib. Ənsarullahın nəzarətində olan ərazilərin ərəb koalisiyası tərəfindən blokadaya alınması qida, yanacaq, tibbi ləvazimat və s. kimi zəruri yardımları əhaliyə çatdırmağı mümkünsüz etmişdir.
Vəba epidemiyası Yəməndə insani faciənin yalnız bir hissəsidir ki, müharibə yaşayan ölkə onunla əlbəyaxadır.
Yəməndə hal-hazırda 19 milyon nəfər zəruri yardımlara ehtiyaclıdır və 4 milyon yarım uşaq qida çatışmamazlığından əziyyət çəkir.
210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma
Go to TOP