Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2017

Ərəbistandan geriyə addım; Yəmən müharibəsini dayandırmaq istəyir

Qətərdə çapdan çıxan “Əl-Şərq” qəzeti Yəmən qaynaqlarına istinadla yazıb ki, Ənsarullah Hərəkatı və sabiq prezident Əli Abdullah Salehə bağlı birgə heyət bu yaxınlarda Omanın paytaxtı Maskat şəhərinə səfər edəcək.
Qəzet bildirib ki, Ərəbistan vəliəhdi Məhəmməd bin Salman, BMT nümayəndəsindən müharibəni dayandırmaq üçün vasitəçilik etməsini xahiş etmişdir. Lakin, məlumatlı mənbə Ərəbistan vəliəhdinin müharibəyə son qoymaq üçün irəli sürdüyü təkliflərinə işarə etməyib.
Xatırladaq ki, Ərəbistan 2015-ci ilin mart ayından Yəmənin istefaya getmiş prezidenti Abd Rabbu Mənsur Hadini hakimiyyətə qaytarmaq üçün bu ölkəyə qarşı müharibəyə başlamışdır. Yəməndə humanitar faciəyə səbəb olmuş Ərəbistanın bu hücumları Yəmən xalqının müqavimətini qıra bilməmişdir. Ona görə də Ali-Səud rejimi artıq geri addım atmağa yollar axtarır.
228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma