Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2017

Ali-Səud rejiminin mediaya çıxmamış cinayətlərindən biri

İngiltərənin “İndependent” qəzeti Ərəbistanın üç aydır ki, hərtərəfli blokadada saxladığı şiələr yaşayan Əvamiyyə bölgəsində yerli fəallardan müsahibə götürə bilmişdir.
Qəzetin dərc etdiyi material əvvəl ABŞ prezidenti Donald Trampın Riyaza səfərinə, 100 müsəlman ölkə rəhbərlərinin iştirakı ilə keçirilən ərəb-Amerika iclasına toxunaraq yazır: “Səudiyyə dövləti Yəmən müharibəsini başladıqdan sonra öz ölkəsinin şərqində yerləşən bir şəhərə qarşı da müharibə açmışdır. Lakin, bu şəhərdə baş verən hadisələrin və şölələnmiş müharibənin mediaya sızmasının qarşısını almışdır.
400 illik tarixə malik olan Əvamiyyə şəhəri Qətif əyalətində yerləşir. Şiələr yaşayan bu şəhərin 30 min əhalisi vardır. Dövlət qüvvələri əhalini bu şəhərdən çıxarmağa çalışır. Lakin əhalinin müqaviməti ilə üzləşdiyinə görə, şəhər 10 maydan başlayaraq mühasirəyə alınmışdır.”
“İndependent” qəzeti Əvamiyyədəki acınacaqlı vəziyyətdən söz açaraq yazır: “Yerli məlumatlara görə Ali-Səud qüvvələrinin hücumu nəticəsində ən azı 25 nəfər ölüb. Ərəbistan bu şəhəri raket və minaatanlardan atəşə tutur. Şəhər xarabalığa çevrilib.”
Qəzet heç bir xarici media əməkdaşının bu şəhərə yaxın buraxılmadığını vurğulayıb. Lakin şəhər sakinlərindən üç nəfərindən (biri şəhərin daxilində, ikisi də şəhərdən kənarda olmaqla) müsahibə götürməyə müvəffəq olduğunu yazaraq, onların sözlərindən bəzi hissələri dərc edib.
Müsahibənin birində şəhər sakini deyir: “Biz sivil etirazçılar idik. Lakin dövlət bizi terrorçu adı ilə təqib etməyə başladı. Bizim istəyimiz yalnız ölkədə islahatlar aparılması idi. Rejimdən qorxmadığımıza görə, şəhəri darmadağın etdilər.”
Əvamiyyə sakini Ali-Səud rejiminin onun evinə hücum etməsindən danışaraq deyib: “Onlar mənim 5 yaşlı qızıma dedilər ki, sənin atanı öldürəcəyik, başını kəsib sənin qucağına atacağıq. Bizim müqavimətdən başqa heç bir çarəmiz qalmamışdı. Can və namusu qorumaq bir vəzifədir. Evlərimizi bombaladılar, sakinləri atəşə tutdular. Su və işıq da kəsilib.”
Şəhərdən çıxmış digər sakin deyir: “Əhali qorxusundan evdən çölə çıxa bilmir. Hətta, küçədə qətlə yetirilmiş adamını da götürməyə cürət etmir və meyit bir neçə gün küçədə qalır. Yaralıya yardım etmək üçün ambulans və həkimlərə icazə verilmir.”
2013-cü ildə Ərəbistandan qaçmış insan haqları müdafiəçisi Əli əl-Davbisi “İndependent” qəzetinə açıqlamasında deyib: “Ali-Səud rejimi Şeyx Nimri edam edəndə, onun tərəfdaşlarından olan 4 şiə və 43 sünnini də onunla birlikdə qətlə yetirdi. Onlar Əvamiyyə şəhərinin bütün əhalisini oradan çıxarmaq niyyətindədir.”
“İndependent” sonda bildirib ki, Əvamiyyə sakinlərinin bu açıqlamaları ilə bağlı Ərəbistanın Londondakı səfirliyinə müraciət etdik. Lakin səfirlik bu haqda bizimlə danışmaq istəmədi. Halbuki, Ərəbistan Əvamiyyənin bütün sakinlərinin terrorçu olduğunu deyir və onları ölkədə sabitsizlik yaratmaqda ittihamlandıraraq, onlarla mübarizə aparmağın zəruriliyinə təkid edir.
119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 18:01