Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2017

Səud vəhabi rejimi cinayətlərini gizləmək üçün jurnalistləri Yəmənə buraxmır

Yəmənə daxil olmağı bacaran ingiltərəli jurnalist, Səud rejiminin Yəməni mühasirə edərək, jurnalistləri ölkəyə buraxmamaqla reallıqların ifşa olmasının qarşısını aldığını bildirib.
BBC kanalının beynəlxalq şöbəsinin jurnalistlərindən olan Nikola Kərim yaxın günlərdə Yəmənə səfər edib və gördüklərini səsli formada yayımlayıb. Bu reportajın tərcümə olunmuş hissələrini sizlərə təqdim edirik:
Jurnalistlərin Yəmənə girişi demək olar ki, mümkün deyil və qadağandır
Səhər saatlarıdır. Yəmənin Ədən dəniz limanına çatırıq. Bu ölkəyə daxil olmaq və baş verənləri izləmək çox çətindir. Gediş-gəlişə nəzarət edən Səudiyyənin rəhbərlik etdiyi koalisiyadır. Onlar jurnalistlərin girişini məhdudlaşdırıblar və bizim də Yəmənə tərəf uçuşumuza mane oldular. Elə bu səbəbdən biz, qayıqlarla Yəmənə daxil olduq. Yəmənə daxil olmaq istəyən jurnalistlərə qarşı ciddi təzyiqlər var. Bu böhranın gündəmə gəlməməsinin əsas səbəblərindən biri də məhz budur.
Vəba da ölkəni viran qoyanların köməyinə gəlib
Hazırda vəba müalicə mərkəzlərindən birinə daxil oluruq. Elə bu dəqiqə təcili tibbi yardımla xəstəxaya yaşlı və çox zəif bir kişini gətirdilər. 3 tibb bacısı kişiyə iynə vurmaq üçün çalışır və sistemləri əllərində saxlayıblar. Onlar sıxaraq, suyun kişinin bədənində cərəyan tapmasına çalışırlar. Xəstənin adı Abdullah Muhəmməd Salimdir. O xəstəxanaya gətirildiyi zaman ürək döyüntüsü dayanmışdı. Oğlu Əhmədin Səud rejiminə sözü var. O deyir: “Kanalizasiya şəbəkələrini təmir edin, küçələri təmizləyin, hər yer milçəklə dolub, xəstələnməyimizə səbəb də məhz budur. Bizim rəhbərimiz olduğu iddia edənlərdən istəyimiz budur ki, xalqımızı qorusunlar.”
BMT Yəmənin bugünkü böhranının vəba epidemiyası olduğunu desə də, bu ölkəni təhdid edən başqa bir böhran da var; aclıq.
Ac qalan körpələr
Aclıq elə indi də yəmənli uşaqları təhdid edən təhlükələrdəndir. İndi isə yanlış qidalanma üçün ayrılan müalicə mərkəzinə daxil oluruq. Qarşımda arıq və azyaşlı bir uşaq görürəm. Qabırğaları çöldən bilir. O zəiflikdən gözlərini belə aça bilmir. Övladının yanında dayanan anasının əlindən 10 aylıq uşağı üçün milçəkləri qovmaqdan başqa bir iş gəlmir. Həkimləri bu uşağın adının Əhməd Muhəmməd Əhməd oldğunu deyirlər. Onun 10 aylıq olsa da, 4 kilo çəkisi var.
Qidasızlıq problemi Yəməndə həmişə olan problemlərdəndir, lakin müharibənin əvvəlindən bəri uşaqların bu böhranla qarşılaşması 2 dəfə artıb.
İndi isə Mədinə Əhməd Salimin həkimi ilə danışmaq üçün otağa daxil oluruq, lakin onun bizə pis xəbəri var. Həkimin dediyinə görə, xəstə 9 yaşında olan qız uşağı olub. Onun çəkisi 3 kilo olub və buna dözməyərək həyatını itirib.

Xarabalıqdan mesajlar
İndi isə Ləhic şəhərinə daxil olur və evləri Səud rejiminin hücumları sayəsində məhv olan ailə ilə görüşürük. Yol boyu çox sayda xarabalıqla qarşılaşdıq. Yolun hər 2 tərəfində hava hücumları ilə məhv olan binaları müşahidə etmək olar. Bu ailə çox ağır şəraitdə yaşayır. Biz onlarla görüşmək üçün ümumi bir kitabxanaya daxil oluruq. Bura onların “ev”idir. Kitabxananın girişində bir neçə hicablı qadın dayanıb, mənə əl sallayırlar. Daxil oldum. Ailənin nənəsi hazırki sığınacaqlarının da müvəqqəti olduğunu və yerli rəsmilər hər gün oranı tərk etməklərini istədiklərini bildirir.
Məni evlərini, daha dəqiq desəm evlərinin qalıntılarını göstərməyə apardılar. 2 mərtəbəli bir ev , hansı ki, nə pencərəsi, nə də damı qalmayıb. Evin ön hissəsində avadanlıqlar və uşaq paltarları atılıb. Evləri artıq yaşayış üçün münasib deyil. Lakin qohumlardan bəziləri elə bu evlərdə qalmağa məcburdurlar, çünki qalmağa başqa yerləri yoxdur. Evə daxil oluruq. İşıq olmadığına görə çox qaranlıqdır. Bu evlərə olunan hücumlar nəticəsində 30 nəfər evsiz qalıb.
Atəşlənən top və artıq heç kimin zərbə vurmadığı top
Növbəti gün başqa bir məkanda yeməyi gözləyən Adilə və uşaqlarını görürəm. Onlar xurmanın intizarındadırlar. 10 yaşlı İmad hücumlardan öncə futbolun aşiqi olub. Anası deyir: “Hücumlar zamanı uşaqlarımı evə daxil etdim. Onlardan evdən çıxmamaqlarını istədim. Onlar qonaq otağına gedən zaman atəşlənən top evimizə tuş etdi. İmad ordaca 2 ayağını itirdi. Atəşlənən topdan sonra, (futbol) topuna zərbə vuran yoxdur..
ABŞ və İngiltərənin əli yəmənlilərin qanına batıb
Yəmənlilərin çoxu digər dövlətlərin də əllərinin bu qana batdığını deyirlər. Onlara görə Səud rejiminə dəstək olan Britaniya və ABŞ da bu zülmlərə şərikdirlər.
Şəma binti Səid adlı yerli jurnalistlərdən biri ilə qarşılaşdım. Ondan soruşdum: “Səud rejiminə silah satan ABŞ və Britaniyaya mesajın varmı?”
O dedi: “Onlara demək istəyirəm ki, xalqınız sülh və əmin-amanlıq içində yaşayır. Bəs digərlərinin müharibə şəraitində yaşamasına niyə razısız? Siz inkişaf etmiş ölkələrsiniz və insan haqlarından dəm vurursunuz. Niyə kasıb ölkələrdə müharibələrin davam etməsinə şərait yaradırsınız? Paradokdsdur! Siz insan haqlarından və gələcəkdən danışır, digər tərəfdən də bomba satır və insanların həyatlarını məhv edirsiniz. Biz insanıq və anlayırıq. Axmaq deyilik! Onlara sözümüz budur ki, dərhal müharibəni dayandırsınlar”.
206 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 16:01