Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2017

ABŞ çətin vəziyyətdə: Çin dəstəkləmədi

Çin ABŞ-ın Şimali Koreyadakı mövcud rejimi devirməsinə icazə verməyəcək.

Bu barədə Çinin “Qlobal Tayms” nəşri informasiya yayıb.

Məqalədə Şimali Koreyanın ABŞ-a qarşı hərbi fəaliyyətlərə ilk olaraq başlayacağı halda Çinin neytral mövqe göstərməsinin vacibliyi vurğulanıb.

“Çin hazırkı mərhələdə rəsmi Vaşinqton və Pxenyanı geri addım atmağa razı sala bilməz. Buna görə də Rəsmi Pekin öz mövqeyini bütün tərəflər üçün aydın şəkildə nümayiş etdirməlidir. Tərəflərin atacağı addımlar Çinin maraqlarını təhdid edəcəyi halda onlara qəti şəkildə cavab veriləcək. Əgər ABŞ və Cənubi Koreya Şimali Koreyada mövcud rejimi devirmək və Koreya yarımadasının siyasi modelini dəyişdirmək üçün Şimali Koreyaya zərbə endirəcəklərsə, Çin onlara bunu etməyə imkan verməyəcək”, - yazıda qeyd olunub.

Qeyd edək ki, ABŞ-Şimali Koreya münasibətləri son zamanlar təhdid xarakterli qarşılıqlı bəyanatlarla daha da kəskin xarakter alıb.
72 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu