Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2017

Ali-Səud vəhabiləri Yəməndə uşaqları qətliam edir

“Səudiyyə Ərəbistanının hücumlarından sonra bu ölkədə baş verənlər bunu göstərir ki, yəmənli uşaqların 80%-i təcili yardıma ehiyaclıdır.
“The Irish Times” qəzeti BMT-yə bağlı olan 3 fondun Yəmən böhranı ilə bağlı ortaq bəyanatına işarə edərək bildirib: “Səudiyyə Ərəbistanının hücumlarından sonra bu ölkədə baş verənlər bunu göstərir ki, yəmənli uşaqların 80%-i təcili yardıma ehiyaclıdır. Ölkənin iqtisadi və ictimai infrastrukorları müharibə səbəbilə məhv olub, ölkənin milyonlarla vətəndaşı, xüsusən uşaqlar qida böhranına tutularaq, ölüm astanasındadır.
BMT-nin xüsusi eksperti Bismark Soangin bildirib: “Yəməndə davam edən müharibə uşaq qətliamıdır. Hazırda onlar yanlış qidalanma səbəbilə ölümün intizarındadırlar. Bundan daha pis olan vəba epidemiyasının yayılmasıdır.”
Hesabatda bildirilib: “Yəmənli uşaqlar Səud rejiminin bir başa olan hücumlarından əlavə, müharibənin digər təhlükələri sayəsində də ölümlə üz-üzədirlər. Müharibə və nəticələri bu ölkədə yaşayışı olduqca acınacaqlı duruma salıb. 2 ildən çoxdur ki, Səud rejiminin dəstəklədiyi qüvvələrlə qiyam etmiş husilər arasında qarşıdurma davam edir. Nəticədə çox sayda vətəndaş bu müharibənin qurbanına çevrilib, bundan əlavə köçkünlərin və aclıqdan əziyyət çəkənlərin sayı artıb.”
Sözünə davam edən Bismark bildirib: “Yəmənli amaların çarəsizcəsinə yerə sərilən uşaqlarına ümidsiz halda baxdıqlarını anlamaq üçün, ölkənin xəstəxanalarına göz gəzdirməyiniz kifayətdir. Bu analr hər şeyi Allaha həvalə edib.”
Qəzet bildirib: “Yəməndə yaşayışın acınacaqlı durumu böyük böhran və ölkənin çiynində olan ağır yükdür. Yəmən Suriyadan və dünyanın bütün ölkələrindən daha ağır vəziyyətdədir, lakin təəssüf ki, ictimaiyyətin diqqətindən uzaqlaşdırılıb.”
193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma