Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2017

Səud vəliəhdi qardaşına yeni posta təyin edir

“Atlantik”-in verdiyi xəbərə əsasən, şahzadə Xalid bin Salman yaxın gələcəkdə Adil Cubeyri əvəzləyərək, xarici işlər naziri olacaq.
Məlik Salmanın qardaşı Muhəmməd bin Nayifi postundan uzaqlaşdırmasından sonra, oğlunu öz vəliəhdi olaraq təyin etdikdən sonra, oğlu bin Salman da Adil Cubeyri vəzifəsindən kənarlaşdıraraq, qardaşını xarici işlər naziri etmək qəsdindədir.
Xalid bin Salman kralın vəliəhdinin kiçik qardaşıdır. Son günlərdə O, şahzadə Abdullah bin Feysəl Türkinin yerinə Səudiyyənin ABŞ-dakı səfiri postuna təyin olunmuşdu.
Muhəmməd bin Salmanın qardaşı, Səud rejiminin xarici işlər naziri olaraq təyin olunan ilk ABŞ səfiri deyil. Adil Cubeyr də bundan öncə 2007-2015ci illər arasında Səudiyyənin ABŞ-da səfiri olub. Adil Cubeyr İbrahim bin Abdullahdan sonra, Ali-Səud ailəsindən olmadan bu posta təyin olunan ikinci şəxsiyyətdir.
Şahzadə Xalid bin Salman Misisipi hava qüvvələri bazasını bitirib. O F15 pilotu olub və İŞİD əleyhinə savaşda da iştirak edib. 2016-cı ilin sonlarında ABŞ-a gedrək, Vaşinqtondakı səfirlikdə müşavir kimi fəaliyyətə başlayıb. Bir neçə ay öncə də, qardaşının dəstəyi ilə Səudiyyənin ABŞ-da olan 10-cu səfiri olaraq təyin olunub.
201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma
20.10.17, 09:44
Xərçəngdən qoruy