Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2017

Sağlam olmaq üçün yemiş yeyin!

Yeməkdən əvvəl yemiş yemək həzmi yaxşılaşdırır. Bu meyvənin tərkibindəki lifin miqdarı mədə-bağırsaq üçün çox faydalıdır.

Yemiş bağırsaqları çalışdırır, bağırsaq şlaklarını təmizləyir, ətri isə ürəyə yaxşı təsir edir, əhvalı yaxşılaşdırır.

Yemişə sarılıq verən onun tərkibində olan beta karotindir ki, bu, bədənimizdə A vitamininə çevrilir. Beta karotin dəri, gözlər, beyin damarları üçün olduqca faydalıdır, yemişi bol yeyən insanlarda dəri qırışıqları az olar.

Bu meyvə qaraciyər çatışmazlığından, piylənmədən əziyyət çəkənlər üçün də faydalıdır.

B1 və B6 vitaminlərlə zəngin olan yemişi əsəbləri gərgin olan insanların yeməsi məsləhətlidir. Yemiş depressiya halında və yuxusuzluqdan əziyyət çəkənlərin də dərdinə dərmandır.

Yemişdəki zəngin C vitamini orqanizm üçün qalxan rolunu oynayaraq bədənin immunitet sistemini güclənirir, müxtəlif viruslardan və bakteriyalardan qoruyur.

Yemiş ürəyin oksigenə olan tələbatını azaldır, ürəyin zərbə qüvvəsini artırır, bununla da ürək mənşəli ödemlərdə qan dövranı pozulmalarında faydalıdır. Beyinə gedən qanın miqdarını artırır, qanı duruldur, beyinin və orqanların qidalanmasını yaxşılaşdırır.

Yemişi bol yeyənlərdə dəri xəstəliklərinə - dəmrov, ekzemaya rast gəlinmir.

Eyni zamanda bu meyvə nəinki saç tökülməsinin qarşısını alır, hətta saçların gür və qalın çıxmasına yardım edir.
83 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
16.08.17, 07:58
<