Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2017

Sudanlılar ərəb koalisiyasına əsgər göndərməyəyə qarşı çıxdı

Sudan xalqı və ictimai-siyasi partiyaları Yəmən əleyhinə müharibədə iştirak etmək üçün Ərəbistana hərbi qüvvə göndərməyə qarşı çıxıb və Ali-Səud rejiminin Yəmənə hücumunu pisləyib.
Sudan xalqı və siyasətçiləri ərəb koalisiyası tərkibində dünya camiəsinin pislədiyi bir müharibədə iştirak etməyi faydasız hesab edərək, bu yolda öz canlarından keçməyin heç bir dəlili olmadığını bildiriblər.
Əl-Ümmə, Xalq Konqresi, Kommunist partiyaları dövlətin ərəb koalisiyasında iştirakını qeyri-qanuni hərəkət adlandırıb və bu işə görə dünya xalqlarının Sudanı qınayacağını vurğulayıblar.
Xatırladaq ki, Yəmənin istefa vermiş prezidenti Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq üçün Ərəbistan 2015-ci ilin mart ayından bu ölkəyə hücum etmişdir və hələ də davam edən bu hücumlar nəticəsində 10 mindən çox yəmənli həlak olmuşdur.
206 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma