Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2017

Bəhreynin daxili işlər naziri Qətəri casusluqda ittiham edib

Bəhreynin daxili işlər naziri Raşid bin Abdullah Ali-Xəlifə “Əl-Şərq” qəzetinə verdiyi açıqlamasında Dohanı Bəhreynin daxili işlərinə müdaxilə etməkdə günahlandıraraq deyib: “Qətər Bəhreynin daxili işlərinə dəxalət edir, hərbi və təhlükəsizlik orqanlarına qarşı casusluğunu davam etdirir. Bu məsələ Bəhreynin milli təhlükəsizliyini xətərə salır.”
Daxili işlər naziri əlavə edib: “Qətər təkbaşına siyasətlərini davam etdirməklə və terrorçulara sığınacaq verməklə dörd ərəb ölkəsinin təhlükəsizliyini təhdid edir.”
Xatırladaq ki, 5 iyunda Ərəbistan, Bəhreyn, BƏƏ və Misir olmaqla 4 ölkə Qətəri terrorizmi dəstəkləməkdə və İranla münasibətlərini davam etdirməkdə ittiham edərək, onunla diplomatik əlaqələri dayandırıb. Doha isə öz növbəsində İranla münasibətlərin region üçün faydalı olduğunu bildirir, bu ölkəni regionun aparıcı ölkəsi hesab edir və terrorçuları dəstəkləmədiyini, əksinə Ərəbistanın terrorçu yetişdirdiyini deyir.
220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma
20.10.17, 19:15
Puti