Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2017

İranın evsahibliyi ilə Suriya sülh müzakirələri

Suriyada siyasi konfliktin formalaşması ilə regional və transregional oyunçular öz maraq və səliqələrinə uyğun olaraq bu ölkə ilə münasibətlərində yanaşmalar göstərdilər və nəticədə tam miqyaslı viranedici bir müharibə baş verdi.
Qərbi Asiyada xüsusi geopolitik və geostrateji əhəmiyyətə malik olan Suriya, Amerikanın başçılığı ilə qərb və koalisiya ölkələrinin cövlangahına çevrildi. Bu ölkələr öz məqsədlərinə çatmaq üçün müxtəlif təzyiqlərdən istifadə edərək Bəşər Əsəd dövlətini devirməyə təlaş etdilər, Suriyanı mühariyə sürüklədilər. Amma Suriya müttəfiqlərinin meydana daxil olması, rəsmi və açıq-aşkar Suriya dövləti və xalqını dəstəkləməsi, Moskvanın Dəməşqin müttəfiqlərinə qoşulması, cəbhədə və siyasi sahədə nəzərəçarpan dəyişikliklər yaratdı.
Suriya hadisələrinin bariz təzahürləri bu ölkədə durumun mürəkkəbliyi idi. Bu mürəkkəblik özünü qərb və onun regional müttəfiqlərinin Suriya hakimiyyətini dəyişdirməsi çərçivəsində göstərirdi. Bu istiqamətdə yaxınlaşma, uzaqlaşma, münaqişə, rəqabət, böhran, sabitlik və s. kimi müxtəlif həqiqi komponentlərin şahidi idik.
Qərb dövlətlərinin təlaşının qarşısında Dəməşqin müttəfiqlərinin ilk mərhələdə Suriyanın ərazi bütövlüyünə, sonrakı mərhələdə isə ölkədə sülhə nail olmaq, müzakirə zərurəti üçün potensiallar formalaşdırmaq üçün səyləri Türkiyəni danışıqlara qoşulmağa məcbur etdi. Bu əsasla, İran, Rusiya və Türkiyə arasında Suriyanın sülh müzakirələri baş tutmaqda və izlənməkdədir.
Türkiyədə Davudoğlunun hakimiyyətdən getməsi və Yıldırımın iş başına gəlməsindən sonra bu müzakirələr daha da sürətlənmiş, Ankaranın Dəməşq qarşısında siyasətləri tədricən dəyişmişdir. Halbuki, Rusiya qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra Ərdoğan bərk təzyiqlə üzləşmişdi və NATO onu belə bir çətin durumda tək buraxmışdı.
Digər tərəfdən Türkiyədə uğursuz çevriliş hadisəsi Ərdoğanın ölkəsinə qarşı yönəlmiş daxili və xarici səviyyədə real təhdid və təhlükələrə qarşı gözünü açdı, Ərdoğan yeni siyasət seçməli oldu, Bəşər Əsədin hakimiyyətdə qalması barədə mövqeini dəyişdi, Suriyada müharibənin bitməsinin lüzumundan danışdı.
Diqqəti çəkən məsələ budur ki, Türkiyənin Suriya qarşısında siyasətinin dəyişməsindən sonra bu ölkənin Fars körfəzi ölkələri, xüsusilə də Ərəbistanla münasibətləri soyudu, bunun əvəzində İranla münasibətləri istiləşdi, iki ölkənin yüksək səviyyəli rəsmilərinin görüşləri və qarşılıqlı səfərləri artdı.
Bu istiqamətdə elan edilmiş proqrama əsasən, gələn həftə İran-Rusiya-Türkiyə ölkələrinin Tehranda üçtərəfli görüşü baş tutacaq. Görüşdə üç ölkənin anlaşacağı, fikirlərin Suriyada atəşkəsə nail olmağa yönələcəyi gözlənilir. Beləliklə, bütün qruplar Suriyada milli barışıq prosesinə qoşulacaq. Bunun mənası odur ki, müxalifət qüvvələri silahlarını yerə qoyacaq. Müxalifət qüvvələri vurğulayıb ki, yaxın gələcəkdə Astanada baş tutacaq görüş məhz sülh prosesi izlənəcək.
BMT-nin Suriya üzrə nümayəndəsi və Astana müzakirələrinə rəhbərlik edən Steffan de Mistura müzakirələrin siyasi həllinə ümidvar olduğunu bildirib. Bu müzakirələr Suriya ordusunun cəbhədə üstünlüyü ələ alması, bir ara gərginlikdən sorna Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşdığı bir şəraitdə baş tutur. Rusiya qırıcısının vurulmasından sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri bərpa olunmağa doğru gedir və Türkiyə, Rusiyanın terroçulara qarşı hücumlarında əməkdaşlıq edir, Türkiyənin terrorçulara hücumuna Rusiya havadan dəstək verir.
İran, Rusiya və Türkiyənin nəzarəti altında baş tutan Astana müzakirələri Amerikanın rolu olmadan keçirilən ilk müzakirə hesab olunur.
246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma