Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2017

BBC: Yəməndə faciə təsəvvür edildiyindən daha ağırdır

Özünü çox zəhmətlərdən sonra Yəmənə çatdıra bilmiş ingiltərəli jurnalist deyir: “Ərəbistan, Yəməni hərtərəfli blokadaya almış və bu ölkədə baş verən acı hadisələri jurnalistlərin işıqlandırmasına mane olur.”
BBC-nin beynəlxalq dairə üzrə müxbiri çox çətinlikdən sonra Yəmənə səfər edə bilib. Onun Yəməndən verdiyi reportajda deyilir: “Ərəbistan jurnalistlərə qarşı həddindən artıq məhdudiyyətlər yaradıb, onların Yəmənə səfər etməsinə mane olur və onların üzərində güclü nəzarət həyata keçirir. Ona görə də Yəməndə baş verən ən böyük humanitar faciədən dünya xəbərsiz qalır.”
Jurnalistin sözlərinə görə, hal-hazırda aclıq yəmənli uşaqları bərk təhdid edir, əhali qida qıtlığı ilə üzləşib.
Qeyd edək ki, ölkədə vəba xəstəliyi yayılmışdır və “Euronews”-in verdiyi məlumata görə bu ölkədə 400 min nəfər vəbaya yoluxub. Ərəbistan, Yəmənə dərman daxil olmasını qarşısını alır, bu ölkənin xəstəxana və müalicə mərkəzlərini də dağıdıb. Ona görə vəbanın qarşısını almaq olmur və bu xəstəlik sürətlə artmaqdadır.
241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma