Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2017

Bakıda inanılmaz olay: Sürücüyə tapança tuşladı - Video

9-cu mikrorayon, Adil Əliyev küçəsində marşrut avtobuslarından birində görünməmiş hadisə baş verib.

BNA-ya məxsus avtobus sürücüsünün qadağan olunmuş yerdə maşın saxlayan başqa sürücüyə iradı qalmaqala səbəb olub. Qadağan olunmuş yerdə maşın saxlayan şəxs hiddətlənərək avtobusa daxil olub və mübahisə edib, daha sonra sürücü də daxil olmaqla, tapança çıxararaq, hamını hədələyib.



Hadisə zamanı sürücü özünü itirməyib və həmin şəxslə soyuqqanlı rəftar edib.

Qeyd edək ki, olayı təsdiqləyən Bakı Nəqliyyat Agentliyi hadisənin videosunu da paylaşıb.
272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma