Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2017

İraq: Bərzani Kürdüstandan imtina edir – Təzad

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani müstəqillik referendumunun nəticələrini Bağdadın tətbiq etdiyi sanksiyaların ləğv edilməsi qarşılığında dondurmağa hazırdır.

Bunu jurnalistlərə açıqlamasında İraqın vitse-prezidenti Üsamə ən-Nüceyfi söyləyib. Onun sözlərinə görə, Bərzani Bağdadla dialoqa hazır olduğunu deyib.

Qeyd edək ki, Bərzani dünən İraq vitse-prezidentləri Nüceyfi və Ayyad Alaui ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu kürd referendumu olub. Görüşdən az sonra İraq Nazirlər Kabineti bu görüşün rəsmi Bağdadın mövqeyini ifadə etmədiyini bəyan edib.

İraq Kürd Muxtariyyəti də öz növbəsində müstəqillik referendumunun nəticələrini heç vaxt ləğv etməyəcəyini bildirib.
96 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma