Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2017

Ali Səud Putinlə İran haqda nələr xahiş edib?

Səud kralının Rusiya səfərini təhlil edən rusiyalı ekspert, Riyadın əsas hədəfinin Tehran-Moskva əlaqələrinə mənfi təsir qoymaq olduğunu bildirib.
Qərbi Asiya araşdırmaçısı Qiriqori Kusaç rusiyalı qəzetə verdiyi açıqlamada Salam bin Əbdül-əzizin Rusiyaya səfəri barədə söz açaraq bildirib: “Şübhəsiz ki, 2 tərəf arasında baş verən danışıqların mövzularından biri bölgədə üçüncü bir qüvvənin, İranın rolunu araşdırmaq olub. Səud rejimi ilk mərhələdə İran-Rusiya əlaqələrini azaltmaq barədə düşünür, çünki İran Səudiyyənin strateji düşmənidir. Səudiyyə Rusiya ilə əlaqədə real taktiki metodu mənimsəyib.”
Ekspertin sözlərinə əsasən, rəsmi Riyad hazırda Rusiya ilə arasında olan iqtisadi həmkarlığı gücləndirmək niyyətindədir. Bu əlaqələr, 2 tərəf arasında olan siyasi anlaşılmamazlıqların aradan getməsinə səbən olacaq.
O sözlərinin davamında bildirib: “Hazırki şəraitdə səudiyyəlilər Rusiya ilə əlaqələrin güclənməsi üçün çox çalışırlar. Rusiyanın müxtəlif iqisadi işlərinə sərmayə yatırmaq, neft və qaz sektoruna, yol qayırma
və hətta silah alış verişinə də başlamaq onların sət göstərdikləri məsələlərdəndir.”
110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma