Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2017

Lənkərançay daşdı, bir neçə kəndi su basdı - Foto

Lənkəran çayının daşması nəticəsində bir neçə kəndi su basıb.

Rayonun 10 kəndində həyətyanı sahə və evlərə su dolub.

Sel rayonun Sütəmurdov, Viravul, Vilvan, Göyşaban, Günəhir, Xarxatan, Rvo, Vel, Siyavar, Boladi kəndlərini və Lənkəran şəhərinin bir hissəsini basıb.

FHN-nin müvafiq qurumları selin fəsadlarının aradan qaldırılması istiqamətində lazımi tədbirləri görüblər. Fotolardan da göründüyü kimi, gecə olmasına baxmayaraq, xilasetmə işləri davam edib.

Qeyd edək ki, ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində oktyabrın 5-də Lənkəran çayı daşıb. Hadisə zamanı çay kənarındakı ərazilərdə yerləşən yaşayış evləri və həyətyanı sahələri su basıb./teleqraf/


100 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 10:16