Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2017

Seyyid Həsən Nəsrullah: İŞİD-i ABŞ və Ali-Səud höküməti icad edib

Hizbullahın baş katibi Seyyid Həəsn Nəsrullah Məhəmməd Həsən Nasiruddin və Əli Hadi Aşiqin şəhadəti münasibətiylə keçirilən tədbirdə belə deyib: Müqavimət ailənin tək övladı olan şəxslərin müharibə meydanına gəlməsini qəbul eləmir. Bir şərtlə ki, ata-ananın icazəsi olsun. Biz bir müddət idi ki, ailənin tək övladının müharibəyə qatılmasını qəbul etmirdik. Amma valideynlər Hizbullahın mərkəzlərinə müraciət edib övladlarının müharibədə iştirak etməsini qəbul etməyimizi tələb ediblər. Bu müqavimət hərəkatının gücünün göstəricisidir.
Baş katib İŞİD-in məhvinə toxunaraq belə deyib: İŞİD –lə müharibə ancaq onun məhv olmasıyla sona çatacaq. Gec-tez İŞİD Hələbin şərqindən, Həmmam, Homs, Tədəmmor və Deyr əl-Zordan qovulacaq. Bu gün Deyr əl-Zor şəhərinin bəzi hissəsində İŞİD qüvvələri yoxdur. İŞİD-in qalmasına icazə vermək İraq, Suriya və bütün region üçün təhlükəlidir. Bəzi dövlətlər İŞİD-in məhv olmasının qarşısını alıb və bundan ötrü səy edirlər. Bunlar amerikalılardır. Amerikanın hava qoşunları bəzi məntəqələrdə müqavimət dəstələrinin və Suriya ordusunun İŞİD-in hökmü altında olan ərazilərə qədər irəliləməsinə mane olurlar. Amerikanın himayəsində olan qüvvələrə irəli getməyə icazə verilir, amma Suriya ordusunun və müqavimət dəstələrinin irəliləməsinin qarşısı alınır.
Seyyid Həəsn Nəsrullah Amerikanın İranla olan düşmənçiliyinə də toxunub: Amerikanın İranla olan düşmənçiliyinin həqiqəti bundan ibarətdir ki, İran Amerikanın regionla bağlı olan planlarının iflasa uğramasına səbəb olur. Bütün dünyanın terrorçu hesab etdiyi İŞİD amerika və Səudiyyə Ərəbistanı tərəfindən icad edilib. Amma təəssüf ki, İran terrorçuları himayə etməkdə ittiham edilir. İranı nüvə silahına sahib olmaqda ittiham etmək böyük yalandır.
106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma