Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2017

Sionist rejimini vahiməyə salan Saleh al-Aruri kimdir?

Fələstindən xəbər var

Fələstin Hüquq təşkilatlarının bəyanatına görə ötən sentyabr ayında sionist rejiminin qüvvələri 98- - uşaq, 11 qadın və 3-ü jurnalist olmaqla 431 fələstinlini həbs edib. Elanda qeyd edilir ki, sionistlər rejim polislərinin himayəsinə arxalanaraq mübarək Əqsa məscidinə hörmətsizlik ediblər.

***

Sionist rejimini vahiməyə salan Saleh al-Aruri kimdir?

Fələstin İslami Müqavimət Hərəkatı olan HƏMAS sadir etdiyi bəyanatda Hərəkatın siyasi ofisinin üzvlərindən olan Saleh al-Arurini hərəkatın siyasi ofisinin rəhbərinin xələfi elan edib. Saleh al-Aruri HƏMAS-ın partiyadaxili seçkisində rəylərin əksəriyyətini qazanaraq partiyanın siyasi ofisinin sabiq müavini Musa Əbu Mərzuqun xələfi seçilib.


Saleh al-Aruri kimdir?

Saleh Məhəmməd Süleyman al-Aruri 1966-cı ildə Ramallahda yerləşən Arurə adlı kənddə dünyaya göz açmışdır. Özünün orta təhsilini Fələstində başa vurub. Daha sonra İslam Şəriəti ixtisası ilə "əl-Xəlil" universitetinə daxil olub. Həmin zamanlarda "İxvanul-Müslimin" hərəkatına meyillənib.

"İxvanul-Müslimin"ə qoşulduqdan iki il sonra yəni 1987-ci ildə Fələstin xalqının birinci oyanış şöləsi olan İslami Müqavimət Hərəkatı olan HƏMAS Misirin "İxvanul-Müslimin"in vasitəsiylə ərsəyə gəldi.
Saleh –Al-Aruri HƏMAS-a qoşulan ilkinsanlardan olub. Fəaliyyətləri nəticəsində 1990-cı ildə sionistlərin həbsinə məruz qalıb. O təqribən iki il işğalçı rejimin zindanında mühakiməsiz keçirib. Azad olandan sonra dostlarından bəzisinin dəstəyi ilə HƏMAS-ın İordan çayının qərb sahillərindəki qanadının təməlini qoyub. Həmin məntəqədə hərbi əməliyytları aktiv hala gətirməyə bacarmışdı. Fəaliyyətlərinə yenicə başlamışdı ki, yenidən həbs edilir və İordan çayının qərb sahillərində "Qəssam batalyonu"nu təşkil etmək səbəbiylə mühakimə edilərək 15 il azadlıqdan məhrum edilib.
O 2007-ci ildə 15 il sionist zindanlarında qaldıqdan sonra azadlığa çıxır. Amma 3 ay sonra yenidən 3 il müddətinə həbs edilir. 2010-cu ildə zindandan çıxır və sinost rejimin hərbi məhkəməsinin qərarıyla Fələstin torpaqlarından Suriyanı paytaxtı Dəməşqə sürgün edilir.

Adətən Hizbullah hərəkatındna tutmuş digər müqavimət hərəkatlarının hərbi və siyasi rəhbərlərinin adları İsrail mətbuatında dərc edilir. Amma Saleh al-Arurini bu mövzuda xüsusi qələmə verə bilərik.
İsrail-sionist mənbələri Saleh al-Aruri 2010-cu ildə azadlığa çıxıb HƏMAS sıralarına qoşulduqdan sonra onun adını sionist rejiminin əmniyyəti üçün ən təhlükəli insan olaraq qeyd ediblər.
Suriya böhranından və HƏMAS-ın siyasi rəhbərliyinin Dəməşqdən Türkiyəyə nəqlindən sonra sionist rejim Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasının şərtlərindən biri olaraq Al-Arurinin Türkiyədən çıxarılmasını şərt qoydu. Türkiyə bu şərtlə razılaşdıqdan sonra Al-Aruri 2015-ci ildə Türkiyədən çıxarıldıqdan sonra Qətərdə məskunlaşdı. Cari ildə Qətərin Fars Körfəzi ölkələriylə olan böhranının dərinləşməsi səbəbiylə Livana köçdü. Hazırda Livanın cənubunda məskunlaşıb. Bir neçə gün bundan öncə onun həbs edilib İsrail kəşfiyyatına verilməsi interpoldan istənilib.
92 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 09:32