Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2017

İbadi: Danışıqlar olmayacaq

Referendumu heç kəslə müzakirə etməyəcəyik və bu, ləğv edilmədən də danışıqlar aparmayacağıq.

Bu sözləri İraq Baş naziri Heydər İbadi deyib.

"Hər hansı bir dialoq İraqın birlik və bərabərliyi konstitusiyaya hörmət və referendumun ləğvinə bağlıdır. Referendumu heç kəslə müzakirə etməyəcəyik və bu, ləğv edilmədən də danışıqlar aparmayacağıq", - İbadi söyləyib.

Qeyd edək ki, Bərzani dünən İraq vitse-prezidentləri Nüceyfi və Ayyad Alaui ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu kürd referendumu olub. Görüşdən az sonra İraq Nazirlər Kabineti bu görüşün rəsmi Bağdadın mövqeyini ifadə etmədiyini bəyan edib.

İraq Kürd Muxtariyyəti də öz növbəsində müstəqillik referendumunun nəticələrini heç vaxt ləğv etməyəcəyini bildirib.
95 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma