Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2017

ABŞ vətəndaşları Atatürk limanından geri qaytarıldı

ABŞ-ın qərarına cavab olaraq Türkiyə də ABŞ vətəndaşlarına viza verməkdən imtina edib.

Bu gün Atatürk hava limanındakı viza şöbəsinə müraciət edən ABŞ vətəndaşı Romney Edvardsa "yox" cavabı verilib.

R.Edvards iki ölkə arasındakı viza qalmaqalından xəbərsiz olduğunu bildirib.

Bu gün bir neçə ABŞ vətəndaşına Atatürk hava limanında viza verilməyib və onlar Türkiyəni tərk etməyə məcbur olublar.

Xatırladaq ki, ABŞ hökuməti bir neçə gün əvvəl ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi lə bağlı Türkiyə vətəndaşlarına vizanın verilməsinin dayandırıb. Buna cavab olaraq, Türkiyə də ABŞ vətəndaşlarına qeyri-miqrasiya vizalarının verilməsini dondurub.

Türkiyə hökuməti ABŞ diplomatını Fətullah Gülən hərəkatı ilə əməkdaşlıqda ittiham edir./teleqraf/
90 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 09:51