Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2017

Əzadarlıqlar kimlər üçün qorxu mənbəyidir?

Şübhəsiz ki, İslam düşmənlərinin nə bizim əzadarlıqlarımız üçün ürəkləri yanır, nə də ağlamağımıza görə nigaran və narahat olurlar. Çünki bütün İslam diyarlarını Kərbəlaya və bütün günlərini Aşuraya çeviriblər.

Onların ən böyük qorxusu – qəlblərin vahid olmasıdır. Onlar bu sevgi və məhəbbətin qalıcı olduğunu yaxşı dərk edirlər. Əza məclislərinin cəhalət və zülmlə mübarizə etdiyini bilirlər. Bu amillər – onlar üçün ən böyük təhlükədir.

Biz əzadarlar o zaman ki, müsibəti zikr edirik və zülmü yada salırıq – ona nifrət edirik. Hər bir əzadar yaxşı bilir ki, bu müsibət batillə haqqın mübarizəsidir. Bütün yezidlilər üçün, bütün sitəmkarlar üçün Hüseynçilər tərəfindən olan mübarizədir. Ona görə bu qorxu hər an onların canlarında vardır və onları tərk etmir.

Elə ona görədir idi ki, İmam Hüseyn (ə) qardaşının şəhadətindən və oğlu Əli Əkbərin cansız bədəninin üzərindən atların çapmasından sonra buyurmuşdu: “O zaman ki, İslam ümməti Yezid kimi rəhbərə giriftar olar, İslamla xüdafizləşmək lazımdır”. (Tebyan)

Yezid konkret bir insana aid edilmir, bəlkə yezidlilər Qiyamətə qədər olacaqdır. Nə zaman Yezid kimilər zülmlərini edəcək, Hüseyn (ə) kimilər hələ çox şəhid olacaq və haqsız yerə qətl ediləcəkdir.

Ona görə də düşmənlər Hüseyn (ə) mübarizəsindən və əza məclislərindən qorxurlar. Çünki bu məclisdə toplanan insanların qəblərindəki məhəbbətin vahid olduğunu yaxşı bilirlər. Göz yaşlarının heyvani hissləri öldürdüyünü də bilirlər. Təbii olaraq da qorxur və onun qarşısını almağa çalışırlar.

Çünki İmam Hüseyn (ə) buyurur: “Mən göz yaşları üçün öldürülmüşəm. Heç bir mömin məni yada salmaz, məgər o halda ki, ağlayar”./deyerler/
136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 09:41